Ermənistanın Təbrizdə konsulluq açması… – Paşayeva

Ermənistanın Təbrizdə konsulluq açması… – Paşayeva

Bu gün Milli Məclisin tarixində ən önəmli hadisələrdən biridir. Ali Baş Komandanımızın rəhbərliyi ilə böyük zəfərin ikinci ildönümünü qeyd edirik. Bütün şəhidlərimizin qarşısında baş əyir, qazilərimizə sayğımızı ifadə edirik.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Bildirib ki, Azərbaycan bu qələbəni Ali Baş Komandanın liderliyi ilə əldə etdik:

“Biz və gələcək nəsillər onun adını daima böyük hörmətlə anacaq. Son 200 ildə Azıərbaycanın alınan torpaqlarının bir hissəsini geri aldıq. Gələcəkdə daha böyük uğurlarımız olacaq”.

Deputat xatırladıb ki, cənab prezident Cocuq Mərcanlıda qeyd etmişdi ki, bu böyük qayıdışın başlanğıcıdır:

“İndi bu proses başlayıb və davam edir.

İki il əvvəl biz Ali Baş Komandanın ətrafında birlik olduq, bir olduq. Bu, birlik bu gün də, sabah da davam etməlidir. Çünki bu qələbəni həzm etmnəyən güclər və qüvvələr var, onlar Ermənistanın arxasında dayanaraq Azərbaycana zərər verməyə çalışır. Necəki 2 il əvvəl Ali Baş Komandanın arxasında birlik olduq, bundan sonrada birliyi davam etdirməliyik”.

Paşayeva İranın Qafanda, Ermənistanın isə Təbrizdə konsulluq açmasını tənqid edərək bunu İran tərəfindən xoş qonşuluq niyyətindən uzaq olduğunu bildirib.

Teqlər: