Xəbər - Samir Əli – Trend:
Hər zaman özünə KTMT-də kömək axtaran Ermənistanın son ümid yeri də puç oldu.
Bunu AzerTimes-a açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatınin (İƏT) Aşqabadda 15-ci Zirvə toplantısı Azərbaycanın uğurla üzvlük və iştirak etdiyi əhəmiyyətli beynəlxalq hadisədir. Prezident İlham Əliyevin İƏT zirvəsində çıxışı Azərbaycanın regional beynəlxalq əməkdaşlığa verdiyi töhfələri dəyərləndirmək baxımından çox əhəmiyyətli mənbədir.
“Zirvə görüşündə digər önəmli hadisə isə Aşqabad Bəyannaməsi qəbul olunmasıdır. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Ən diqqət çəkən məqalmardan birincisi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan Qazaxıstan, Qırğızıstan və Tacikistanın da Azərbaycanı tarixi Zəfər münasibətilə təbrik etməsi oldu”, – deyə A.Quliyev qeyd edib.
A.Quliyev bildirib ki, bununla da hər zaman özünə KTMT-də kömək axtaran Ermənistanın son ümid yeri də puç oldu.
“Artıq nəyinki Türkiyə, Pakistan, İsrail kimi Azərbaycana nisbətən daha yaxın ölkələr, eyni zamanda KTMT üzv ölkələr belə Ermənistanın qeyri-konsturktiv mövqeyini görür, onu etibarlı tərəfdaş hesab etmir. Azərbaycanı haqq işində dəstəkləyir. Düşünürəm ki, Ermənistan siyasi-rəhbərliyinin bundan sonra KTMT kartından istifadə etməyə çalışması, bunu dilə gətirməsi əsl siyasi ikiüzlülük olacaq”, deyə A.Quliyev əlavə edib.
Baş redaktor həmçinin bildirib ki, İƏT zirvəsində İlham Əliyevin Zəngəzur dəhlizi barədə bəyanatı İƏT- in qarşısında açılan böyük perspektivləri göstərmək baxımından müstəsna əhəmiyyət kəsb edir.
“Prezident İlham Əliyev Zirvədəki çıxışı ilə göstərdi ki, Azərbaycan Zəngəzur dəhlizinin timsalında İƏT- in qarşısında yeni böyük şans açıb. Prezident Əliyevin ” Zəngəzur dəhlizi Şərq- Qərb və Şimal – Cənub nəqliyyat matşrutlarının mühüm elementi olacaq ” ” İƏT ölkələri dəhlizin imkanlarından faydalanacaq ” kimi bəyanatları Azərbaycanın hərbi-siyasi və diplomatik uğurları hesabına həqiqətən İƏT- in qarşısında böyük inkişaf perspektivinin açıldığını deməyə əsas verir.
İlham Əliyevin addım -addım irəlilədiyi Zəngəzur dəhlizi tək Azərbaycana yox, bütün İƏT təşkilatına böyük uğurlar gətirəcək”, – deyə o qeyd edib.