Yuxarı Lars keçid məntəqəsi ilə Gürcüstandan Rusiyaya gedən yol buz və qar səbəbindən yük maşınları üçün bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
“Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Qudauri-Kobi və Mleta-Qudauri hissəsində yol digər avtomobillərin hərəkəti üçün açıqdır”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, bu, Ermənistandan Rusiyaya gedən yeganə yoldur.