Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bu gün hadisə törədib.
Nazir paytaxt İrəvanda şəxsi avtomobili ilə 10 yaşlı uşağı vurub.
Bununla bağlı o, facebook səhifəsində özü məlumat verib.
Arsen Torosyan hadisənin Saxarov meydanı ilə Vardanants küçəsi arasında baş verdiyini və maşının sağ tərəfi ilə həmin azyaşlıya xəsarət yetirdiyni bildirib.
Nazirin sözlərinə görə özü həmin uşağı xəstəxanaya çatdırıb.