Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın həbs-qətimkan müddəti daha iki ay uzadılıb.

Trend-in məlumatına görə, bunu Ermənistan mətbuatına sabiq nazirin vəkili Sergey Ovannisyan deyib.

O, bu qərarla bağlı apellyasiya şikayətinin veriləcəyini bildirib.


Qeyd edək ki, D.Tonoyan 2018-ci ilin sonunda 4,6 milyon dollar məbləğində yararsız raketlərin alınması ilə bağlı ittiham olunur.

David Tonoyan 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra istefa vermişdi.