Ermənistanın keçmiş baş naziri Ovik Abramyan xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Abramyan “Avazaatik” şirkətinin idarə olunmasında iştirak edərək, onun vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakı qanuniləşdirib.