Ermənistanın Rusiyaya yolu 3 gündür bağlıdır

Ermənistanın Rusiyaya yolu 3 gündür bağlıdır

Ermənistandan Rusiyaya gedən yeganə quru yol – Yuxarı Lars üçüncü gündür ki, bütün nəqliyyat növləri üçün bağlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanda yaşayan rusiyalı fəal Nikolay Leşvitsanın Teleqram kanalında məlumat verilib.

Məlumatda qeyd olunub ki, keçid məntəqəsinin bağlı qalmasına davam edən güclü qar səbəb olub. Məntəqənin açılmasının dəqiq vaxtı hələlik məlum deyil.

Kanalın məlumatına görə, hazırda keçid məntəqəsində mindən çox avtomobil gözləyir.

Teqlər: