Ermənistanın müharibə hazırlığına start verilir – Foto

Ermənistanın müharibə hazırlığına start verilir – Foto

ABŞ ordusunun mobil təlimatçıları Ermənistanda səfərdədir.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, amerikalı hərbçilər 1-5 aprel tarixində Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsi və “Zinus media” dövlət qurumunun əməkfaşlarına təlim keçir. Təlimin əsas mövzusunun ictimaiyyətlə əlaqələlər və kommunikasiya olduğu deyilir.

Amerikalı hərbçilərin Ermənistanda peyda olması bir neçə kontekstdə diqqət çəkir.

Birincisi, onların İrəvana aprelin 5-də Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçiriləcək Brüssel görüşündən öncə gəlməsidir: Brüssel görüşündə Ermənistanın “təhlükəsizliyi” adı altında Qərb qüvvələrinin bu ölkəyə gətirilməsi məsələsinin müzakirə olunacağı, görüşdən öncə bu istiqamətdə praktiki addımların atılacağı gözlənilir; istisna deyil ki, artıq ABŞ hərbçiləri Ermənistana hissə-hissə gəlməyə başlayıb;

İkincisi, Ermənistana gələn hərbçilər təkcə “informasiya sahəsi” üzrə mütəxəssislərdir?

Bu sual düşündürücüdür. Mümkündür ki, amerikalı hərbçilərin Emənistana daxil olması daha təhlükəsiz görünən “informasiya sahəsi üzrə mütəxəssislər” adı altında həyata keçirilir. Bu hərbçilərin 5 aprel görüşündən sonra Ermənistan ordusunun hazırlanması prosesini həyata keçirməsi gözləniləndir.

Erməni şərhçi Akop Badalyan isə yazır ki, ABŞ Ermənistanı informasiya müharibəsinə hazırlayır.

Teqlər: