Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan istefa verib.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, nazirlikdə Arutyunyanla vida görüşü keçirilib.