Ermənistanın 30 ilə yaxın işğal altında olan Azərbaycan ərazilərindəki minalanmış ərazilərin xəritəsini təhvil verməməsi xüsusi narahatlıq doğurur və beynəlxalq humanitar hüququn daha bir ciddi pozuntusudur.
AzerTimes-ın xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Emerging Europe” xəbər agentliyi tərəfindən dərc olunan məqalədə deyilir.
Safir bildirib: “Minalar Ermənistan tərəfindən yüz minlərlə məcburi köçkünün öz yurdlarına qayıtmasının qarşısını almaq, insanlara mümkün qədər çox əziyyət vermək üçün məqsədyönlü strategiyanın bir hissəsi kimi istifadə olunur”.
Tahir Tağızadə qeyd edib ki, İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatın imzalanmasından bəri minaların partlaması nəticəsində 14 mülki şəxs olmaqla 20-dən çox Azərbaycan vətəndaşı həlak olub və 16 mülki şəxs olmaqla 85-dən çox vətəndaş ağır yaralanıb .
Diplomat Ermənistanın bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin edilməsinə mane olmağa davam etdiyini vurğulayıb: “Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquq normalarından və 10 noyabr 2020 və 11 yanvar 2021 tarixlərində imzalanan ortaq bəyanatlarından irəli gələn bütün öhdəliklərin yerinə yetirməyə çağırmalıdır”.