Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi çox ciddi təhlükədir.
AzerTimes-ın məlumatına görə, bunu İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin Azərbayan xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.
Baş katib bildirib ki, minalanmış ərazilər insanlar üçün böyük təhlükə yaradır: “Bizim nümayəndə heyəti bu ərazilərə səfər edərkən çox ciddi təhlükələrin olduğunu bildirirdilər. Onlar deyirlər ki, hansı anda minaya tuş gələ biləcəyini bilmirsən. Bu, çox ciddi məsələdir”.