Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərdəki arıçının yaralanması ilə nəticələnən mina partlayışı ilə əlaqədar Ermənistanın bu təhdidinə göz yummamağa çağırır.
AzerTimes xəbər verir ki, bu barədə XİN Tvitterdə paylaşım edib.
“Bu gün Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində Kəlbəcərdə bir arıçı ağır yaralanıb, Azərbaycanda 2020-ci ilin müharibəsindən sonra qurbanların sayı 303 nəfərə çatıb.
Azərbaycan Ermənistandan qaynaqlanan mina təhdidinə göz yummamaq çağırışını yeniləyir”, – tvitdə qeyd olunub.