Ermənistanın şəhər meri Qarabağda yaralandı

Ermənistanın şəhər meri Qarabağda yaralandı

Qarabağda Meğri meri Mxitar Zakaryan yaralanıb.

Bu barədə Ermənistan KİV Meğri meriyasına istinadən məlumat yayıb.

Zakaryanın İrəvan xəstəxanalarından birinə çatdırıldığı vurğulanıb.

Merin Qarabağın cənubunda gedən döyüşlərə qatıldığı və burada yaralandığı qeyd edilib.