Ermənistanın işğalçılıq siyasəti regionun ekoloji durumuna ciddi ziyan vurub – Nazir

Xəbər - İlhamə İsabalayeva – Trend:

Təəssüflə qeyd etmək istəyirəm ki, Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurub.

AzerTimes-ın məlumatına görə, bunu Türk Dünyası Meteorologiya Forumunda çıxış edən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazirin sözlərinə görə, uzun illər ərzində işğal altında olmuş ərazilərdə yerləşən hidrometeoroloji infrastruktur sıradan çıxarılıb. Həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işlərinə başlanılıb.

M.Babayev hesab edir ki, yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin ərazilərin yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanına çevirəcək:

“Tezliklə müasir avtomat sistemlərin tətbiqi ilə meteoroloji müşahidələrin bərpası planlaşdırılır. Bu tədbirlər, həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək”.

Teqlər: