Ermənistanın “iqtisadi sıçrayışı”: Bakı hansı addımı atır?

Ermənistanın “iqtisadi sıçrayışı”: Bakı hansı addımı atır?

Bəhs etdiyimiz məsələ sosial şəbəkə platformalarında da aktiv müzakirə olunur. Bir sıra millət vəkilləri xüsusilə X sosial şəbəkəsində bununla bağlı öz fikirlərini paylaşır.

Bu sözləri AzerTimes-a Azərbaycanda Ermənistanın Rusiyaya sanksiyalardan yayınmasındakı rolunun dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün atılan addımlar haqqında danışan iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili mövzunun daim gündəmdə saxlanıldığını bildirib:

“Ukraynada müharibə başlayandan sonra Ermənistanda təkrar ixracın artması (reeksport) və bununla Rusiyaya sanksiyalardan yayınmaq üçün göstərdikləri kömək mütəmadi şəkildə qeyd olunub. Sözügedən istiqamətdə biz mümkün platformalar çərçivəsində öz fikirlərimizi bölüşürük, təqdimatlar edirik, eyni zamanda AP ilə keçirilən görüşlər və müzakirələrdə də bu məsələni mütəmadi olaraq qaldırırıq. Aydındır ki, son iki ildə Ermənistanda iqtisadi statistikaya birbaşa təsir edən faktor reeksportdur, qısamüddətli dövr üçün artım bununla bağlıdır. Amma sözsüz ki, Qərb bu məsələyə qəti münasibət bildirməlidir və rəsmi İrəvanın atdığı addımlar sanksiyaların Ermənistana da şamil edilməsinə ciddi ehtiyacın olduğunu göstərir”.

Teqlər: