Ermənistanın iqtisadi böhrandan çıxış yolunun formulunu Prezident İlham Əliyev açıq şəkildə bəyan edib – Rufiz Hafizoğlu

Ermənistanın iqtisadi böhrandan çıxış yolunun formulunu
Prezident İlham Əliyev açıq şəkildə bəyan edib. Bu Azərbaycanla və
eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşmasıdır.

Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Televiziyasının “Əsas məsələ”
verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin
Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan toplumu illərdir ianələrlə
yaşamağa öyrənən bir toplumdur.

“Biz hamımız bilirik ki, ianə hesabına ayaqda qalan toplum heç
bir halda özü hansısa bir istehsala qadir deyil, çünki ianə bir
toplumu geri salan məsələdir”, – R.Hafizoğlu vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ermənistan bu gün çirkli pulların
yuyulması üçün bir meydandır.

“Dolayısı ilə, Ermənistan heç bir halda bu günki siyasi iradə
ilə iqtisadiyyatını bərpa edə bilməyəcək”, – Rufiz Hafizoğlu əlavə
edib.

Teqlər: