Ermənistanın himni dəyişdirilməlidir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Teleqramda yazıb.
O bildirib ki, himn erməni musiqisinə, qaydalarına uyğun olmalıdır.
A.Simonyan Ermənistanın hazırkı himninin milli olmadığını diqqətə çatdırıb.
Parlament sədri, həmçinin yazıb ki, ölkəsinin gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır.