Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – müdafiə qurumu vurğulayıb.