Ermənistanın hakim partiyası prezidentliyə namizədini seçib

Ermənistanda hakim “Vətəndaş razılaşması” partiyası ölkənin prezidenti vəzifəsinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürmək niyyətindədir.

Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Xatırladaq ki, yanvarın 23-ü Ermənistan prezidenti Armen Sarkisyan istefa verib.


Ermənistanda prezidenti parlament seçir. Seçkilər fevralın ortalarında baş tuta bilər.