Ermənistan Respublikası uçuruma doğru gedir və bu hökumətin vəzifəsi ölkənin milli simasını dəyişməkdir.
AzerTimes xəbər verir ki, bu sözləri “Gənclərin səsi” təşkilatının təsisçisi Ovannes Arutyunyan “Alternativ layihələr” qrupunun təşəbbüsü ilə keçirilən “Ermənistandakı siyasi proseslər hara aparır?” mövzusundakı çıxışında qeyd edib.
“Ermənistanın güc vektoru Qərbdə və ya Rusiyaya deyil, Türkiyə və Azərbaycanadır”, – o bildirib.