Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan Polisi, Milli Təhlükəsizlik Xidməti və Baş Prokurorluğu ölkə vətəndaşlarını təxribatlara uymamağa, sabitliyi qorumağa çağırıb.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə həmin qurumların birgə bəyanatında deyilir.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları qanunazidd hərəkətlərə adekvat reaksiya verəcək.


Bəyanatda vurğulanır ki, hazırda Ermənistanın dövlət orqanları öz funksiyalarını tam şəkildə yerinə yetirir.

Teqlər: