Ermənistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Andranik
Piloyan saxlanılıb.
Trend erməni KİV-lərə istinadən xəbər verir ki, məlumatı
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.
Bildirilir ki, Piloyan martın 29-da Komitəyə çağırılaraq
dindirilib. Hazırda onun hansı cinayət işi üzrə dindirildiyi barədə
məlumat verilmir.