Ermənistanın ən böyük bankı Vardanyanın əlindən çıxdı

Ermənistanın ən böyük bankı Vardanyanın əlindən çıxdı

“Bank of Georgia” sahibləri Ermənistanın ən böyük bankı – “Ameriabank”ın səhmlərinin 100 faizini aldıqlarını elan ediblər.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, əməliyyatın həcmi 303,6 milyon dollar təşkil edir.

“Ameriabank”ın səhmdarları sırasında 48,82 faizlə “Imast Group” şirkəti (Ruben Vardanyanın təsis etdiyi keçmiş “Ameria Group”), 17,71 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (13,91%), eləcə də 12,05 faizlə ESPS Group (buraya bir sıra Ameria Group menecerləri daxildir) var idi.

Qeyd edək ki, banka Ruben Vardanyan nəzarət edirdi. Vardanyan özü hələ 2023-cü ildə bankın səhmdarı olduğunu etiraf edib. Əvvəllər o, “Ameriabank”ın Direktorlar Şurasının sədri olub. 2023-cü ilin sonunda bankın aktivləri 1 trilyon 410 milyard dram (3 milyard 480 milyon dollardan bir qədər çox) təşkil edib.

Teqlər: