Ermənistanın daxili siyasi arenasında vəziyyət qeyri-sabitdir – Rusiyalı ekspert

Xəbər - Cani Babayeva – Trend:

Ermənistanın daxili siyasi arenasında vəziyyət qeyri-sabitdir və əsasən gələn ay keçiriləcək parlament seçkiləri ərəfəsində baş verən proseslərlə əlaqəlidir.

Bunu AzerTimes-a rusiyalı ekspert Stanislav Pritçin deyib.

S.Pritçin bildirib ki, ölkədəki əsas müxalif qüvvələr Nikol Paşinyana qarşı vahid cəbhədə çıxış etmək niyyətindədir:

“Hələlik bu, tam şəkildə alınmır, müxalifət daxilində ziddiyətlər kifayət qədər çoxdur”.

Ermənistan parlamentinin baş nazir seçməməsini şərh edən ekspert deyib ki, bu texnoloji prosesdir:

“Bu, onunla əlaqədardır ki, Paşinyan baş nazir vəzifələrini icra edən olaraq seçki kampaniyasını aparsın. Parlamentin buraxılması üçün hökumətin dəstək görməməsi lazımdır və bu da baş verdi”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: