Ermənistanın büdcəsi 0,5 trilyon artdı

Ermənistanın büdcəsi 0,5 trilyon artdı

2024-cü ilin dövlət büdcəsi layihəsinə əsasən, Ermənistan hökuməti 3,1 trilyon dram məbləğində xərclər planlaşdırıb ki, bu da 2023-cü illə müqayisədə 0,5 trilyon dram çoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Bununla belə, büdcə kəsiri 2023-cü illə müqayisədə 52,2 milyard dram artaraq 341,1 milyard dram təşkil edir. Kəsiri örtmək üçün icra hakimiyyəti də 2024-cü ildə xarici mənbələrdən daha çox maliyyə vəsaiti cəlb etmək niyyətindədir”, – məlumatda deyilir.

Qeyd olunur ki, həm 2023, həm də 2024-cü illərdə hökumət 7% iqtisadi artımı təmin etməyi gözləyir. 2 il üçün inflyasiya hədəfi dəyişməz olaraq qalır – 4+/- 1,5%.

Beləliklə, Ermənistan büdcəsinin 2024-cü il üçün xərcləri 3,108 trilyon dram (7,75 milyard dollar) (2023-cü ildə 2,653 trilyon – 6,63 milyard dollar), gəliri 2,767 trilyon dram (6.9 milyard dollar) (2023-də 2.364 trilyon – 5,9 milyard dollar), kəsiri 341,1 milyard (853.3 milyon dollar) (2023-də 288,9 milyard – 723.2 milyon dollar) dram olaraq hesablanıb.

Teqlər: