Rusiyanın Ukraynaya təcavüzündən sonra Ermənistanın BƏƏ-yə ixracı 2600 faiz artıb.
AzerTimes xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı Robin Bruks məlumat verib.
“Məlumdur ki, Ermənistan Qərb mallarının Rusiyaya daşınan nəqliyyat qovşaqlarından biridir. Lakin BƏƏ-nin bu nəqliyyat ticarətində iştirakı son vaxtlar başlayıb və çox sürətlə artır”, – iqtisadçı qeyd edib.
Qeyd edək ki, Ermənistan Rusiyaya sanksiyaların dəlinməsində müstəsna rol oynayır və ölkə bundan milyardlarla dollar əldə edir. Buna baxmayaraq, Qərb Ermənistanın onun sanksiyaları dəlməsinə göz yummaqda davam edir.