KTMT çərçivəsində hərbi əməkdaşlığın əlaqələndirilməsinə dair bir sıra əsas sənədləri imzalamaqdan imtina edərək, təşkilatın təlimlərində iştirak etmək dəvətinə məhəl qoymayaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti ilə bağlı qalmaqallı qərarını yerinə yetirməklə hədələyən Ermənistan ABŞ rəhbərliyi altında keçiriləcək “NATO Defender 23” manevrlərində iştirak etdiyini açıqlayıb. Necə deyərlər, başladı!
AzerTimes xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“İki xristian xalqının çoxəsrlik dostluğu haqqında rəvayətlərə ehtiyac yoxdur – Ürək bulandırır! Ermənistan ilk dəfə deyil ki, öz əsl sifətini göstərir”, – deyə ekspert bildirib.