Ermənistanın baş qərargah rəisi vəzifəsindən azad edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan
vəzifəsindən azad edilib.

Trend-in
Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkə
prezidenti vəzifələrini icra edrən Alen Simonyan imzalayıb.

İstefa qərarının səbəbləri açıqlanmayıb. Qeyd olunur ki,
A.Davtyanın adı 2021-ci ilin sentyabrında ortaya çıxan kütləvi
vəsaitin mənimsənilməsi qalmaqalında hallanırdı. O zaman sabiq
müdafiə naziri David Tonoyan saxlanılmışdı.

Xatırladaq ki, 2020-ci ilin iyununda baş qərargah rəisi
vəzifəsindən istefa vermiş Artak Davtyan 2021-ci ilin martında
yenidən təyin olunmuşdu.