Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa, çıxış yolu yoxdur – Hikmət Hacıyev

Şuşa. Trend:

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb qəbul
etməsindən başqa, çıxış yolu yoxdur və üzərinə düşən beynəlxalq
hüquq öhədliyi də bundan ibarətdir.


Trend
-in məlumatına görə, bunu Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən
Dünya Azərbaycanlılarının V Qurultayında (Zəfər Qurultayı)
jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, regionda yeni bir sülh gündəliynin
yaradılması və Ermənistan ilə Azərbaycan arasında sülh
müqaviləsinin bağlanması üzrə danışıqların aparılması təşəbbüsü
məhz Azərbaycan Respublikasına məxsusdur.

“5 maddən ibarət olan sənəd də Azərbaycan tərəfindən təqdim
olunub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də qeyd etdi ki,
Ermənistan və Azərbaycan münasibətlərinin normallşamasında əsas
qayə dövlətlərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini
tanımasıdır. Azərbaycan Respublikası bu çərçivədə təqdim olunan
prinsiplər əsasında öz mövqeyini ifadə edib. Ermənistanın da
Azərbaycanın ərazi bütövlüyünü tanıyıb qəbul etməsindən başqa,
çıxış yolu yoxdur və üzərinə düşən beynəlxalq hüquq öhədliyi də
bundan ibarətdir”, – deyə H.Hacıyev bildirib.

H.Hacıyev, həmçinin, qeyd edib ki, Minsk qrupu öz-özünü sıradan
çıxarma prosesindədir.

“Minsk qrupunun özü tərəfindən də müxtəlif istiqamətlərdə
açıqlamalar verilib ki, artıq bu 3 dövlətin bu və ya digər
səbəbdən, xüsusilə, Ukraynada cərəyan edən hadisələr səbəbindən bir
araya gəlməsi qeyri-mümkündür. Həmin ölkələrdən birinin də rəsmisi
tərəfindən bu, açıq şəkildə ifadə olundu. Bundan sonrakı məqamda
Minsk qrupunun həmsədr ölkələri tərəfindən verilən açıqlamalarda
regiona göndərilən nümayəndələrin artıq həmsədr statusunda deyil,
digər bir statuslarda göndərilməsi qeyd olunur”, – deyə o əlavə
edib.

Teqlər: