Ermənistanın Azərbaycana qarşı terroru davam edir (FOTO)

Müharibənin bitməsinə baxmayaraq Ermənistanın Azərbaycana qarşı terroru davam edir.

Bu gün işğaldan azad olunmuş Kəlbəcər rayonunda baş verən dəhşətli hadisə bütün Azərbaycanı sarsıtdı. Belə ki, erməni terrorçularının Kəlbəcərdə basdırdığı minaya düşən avtomobildə 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Həlak olanlardan ikisi həmkarımızdır.

Bu bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyini göstərir. Bu hadisə düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətinlərin daha bir nümunəsidir.

Torpaqlarımızı işğal edən Ermənistan 44 günlük müharibədə Şanlı Ordumuz tərəfindən darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bəyanat imzalandan bu günə qədər Ermənistan mina xəritələrinin verməkdən imtina edir. 10 noyabr bəyanatından bu günə qədər 142 nəfər minaya düşüb. Minaya düşənlərdən ölənlər və yaralananlar var.

Bu gün növbəti dəfə mülki vətəndaşlarımız işğalçı Ermənistanın ərazilərimizdə yerləşdirdiyi minanın qurbanı oldular.

Böyük ehtimalla bu minalar son günlər düşmən diversantları tərəfindən basdırılıb. Çünki jurnalistlər və onları müşaiyət edən avtomobillərin minalardan təmizlənməyən yoldan istifadə etməsi şübhəlidir. Buna isə əsaslı şübhələr var. Belə ki, may ayının 27-də Azərbaycan Müdafiə Nazirliyinin yaydı. Nazirliyin məlumatına görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.

Mütəxəssislərin sözlərinə görə minalar qarışıq döşənib. Əsasən tank əleyhinə minalar, piyada əleyhinə minalar, sürpriz qurulmuş minalar çoxluq təşkil edir. Düşmən torpaqlarımızı işğal etdikcə tək təmas xəttin deyil, bir çox əraziləri minalayıb.Minalanmış ərazilrin xəritlərinin verilməməməsi mina axtaran mütəxxəsislərimizin işini çətinləşdirir.

Qarabağ bölgəsi dünyanın ən çox minalanmış ərazilərindən sayılır. Azərbaycan ərazisində 4,5 milyon minanın basdırıldığı təxmin edilir.

Ermənistan minaladıqları ərazilərin xəritələrini verməməmklə 10 noyabr bəyanatının şərtlərinə əməl etmir. Bu həm də beynəlxalq prinsiplərə ziddir. Dünya təşkilatlarının bir çoxu Ermənistanın bu həyasızlığına hələ də susur.

Mənfur düşmənimizin minalanmış ərazilərin xəritələrini verməməkdə əsas məqsədi daha çox vətəndaşımızın həlak olmasına və otuz ildir ki, evlərindən didərgin düşmüş ailələrin öz doğma yurdlarına tez bir zamanda qayıtmasına əngəl olmaqdır.

Lakin unudurlar ki, bir ölümə çarə yoxdur. Biz ölkə olaraq tezliklə bunun da öhdəsindən gələcəyik.

Fərid Zöhrabov

Teqlər: