Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanın Azərbaycan torpaqlarında təxribatları terror hücumudur.
Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün bəhreynli həmkarı Əbdüllətif bin Rəşid əl-Zayani ilə birgə mətbuat konfransı zamanı deyib.
O vurğulayıb ki, Azərbaycan yalnız deyil və heç vaxt yalnız olmayacaq.
“Ermənistanın Azərbaycan torpaqlarında təxribatları terror hücumudur. Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi hazırlanması təklifi ilə müraciət edib. Yəni müharibəni qazanan və güclü olan tərəf bunu edib. Ermənistan isə atəşkəsdən dərhal sonra hərbçilərini Azərbaycan torpaqlarına sızdıraraq Azərbaycan əsgərinə hücum edib. Bunlar yanlış yanaşmalardır” – deyə, M.Çavuşoğlu vurğulayıb.
Nazir əlavə edib ki, regionun sabitliyi üçün birlikdə addım atmaq lazımdır. Ermənistan buna hazırdırsa, biz də hazırıq. Amma təxribatlarla yalnız itirəcəklər.