Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır.
Bunu AzerTimes-a amerikalı ekspert Piter Teys deyib.
O qeyd edib ki, Ermənistan terrorçu dövlətdir və öz Metsamor atom elektrik stansiyası ilə növbəti Çernobıl fəlakətinə səbəb yaradacaq rejimə külli miqdarda pul ayırmaq dəhşətli bir səhvdir.
“Ermənistanın silahlı qüvvələrin və faşist rejiminin terror hərəkətləri beynəlxalq qanunları pozur, sülh və demokratik beynəlxalq nizam prinsiplərinə xələl gətirir. Ermənistanın regional təhlükəsizlik üçün yaratdığı saysız-hesabsız risklər, suveren Azərbaycan ərazisində ekoloji terrorun davam etdirməsi beynəlxalq siyasi və iqtisadi təzyiqlərin köməyi ilə həll edilməli olan ciddi problemlərdir.
Erməni rejiminin rəhbərləri Azərbaycanın günahsız əhalisinə qarşı törətdikləri cinayətlərə, habelə Avrasiyanın ətraf mühitinə, su və meşə ehtiyatlarına ziyan vurduqlarına görə məsuliyyət daşımalı və Beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdırlar”, – deyə ekspert tamamlayıb.
Twitter: @JeilaAliyeva