Xəbər - Orxan Nəbiyev – Trend:
Cənubi Qafqazda sülh və bölgənin inkişafı üçün fürsət yaranıb, bizim çağırışlarımız da hər zaman bu yöndədir.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı Rəşid Meredovla mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan da bu istiqamətdə hərəkət etsə, bölgənin sabitliyi və iqtisadi inkişafından ən çox onlar faydalanacaq.
“Ermənistanın atacağı müsbət addıma Azərbaycanla əlaqəli şəkildə müsbət cavab verəcəyik. 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarında hər şey dağıdılıb, ermənilər əraziləri tərk edərkən də dağıntılar törətdilər. Qarabağda, xüsusilə Ağdam və digər 7 rayonun, tarixi, dini, mədəni abidələrin bərpası üçün Azərbaycan hökumətinin əhatəli infrastruktur çalışmaları var. Biz türk dünyası olaraq Azərabycanın yanında olduğumuz kimi bu bölgənin inkişafında da Azərbaycana əlimizdən gələn dəstəyi verəcəyik”.