Ermənistanı silkələyən itkilər: 5 əsgər öldü – Nə baş verir?

Ermənistanı silkələyən itkilər: 5 əsgər öldü – Nə baş verir?

Son 10 gündə Ermənistan ordusunda 5-ci ölümün qeydə alınması ölkədə ciddi narazılığa səbəb olub.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, baş verənlərə görə məsuliyyətin müdafiə naziri Suren Papikyanda olduğu əsas göstərilərək onun istefası tələb edilir.

Son olaraq cəbhə xəttinə yaxın ərazidə qar uçqununun altından 2003-cü il təvəllüdlü əsgərin meyitinin tapılması ölkədə rezonans doğurub. Ötən günlərdə səsləndirilən istefa fikri daha kütləvi hal alıb.

Tanınmış erməni müğənni Qabi Qaloyan da bu etiraza qoşulub. O, sosial şəbəkə hesabında Suren Papikyanın istefasını tələb etdiyini deyib. Bir çox sosial şəbəkə istifadəçiləri onun fikrini dəstəkləyib.

Qeyd edək ki, ötən həftə Ermənistan ordusunda bir hərbçi güllələnərək qətlə yetirilib, başqa biri isə ona təhkim edilmiş silahla intihar edib. Bundan başqa bir hərbçi qəzada, digəri ürəktutmasından ölüb.

İddia edilir ki, bu ölümlərin arxasında Ruren Papikyanın vəzifədən uzaqlaşdırılması dayanır.

Teqlər: