Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölən əsgərin anası Qayane Akopyanın həbsinə münasibət bildirib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Oğlunu döyüş meydanında itirmiş ananın həbsi hətta gündüz İrəvanın mərkəzində vətəndaşın üzünə tüpürən bədnam parlament sədrinin iyrənc əməlindən də böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin hədsizliyi sərhəd tanımır. Belə davam edərsə, ölkəmizi daha acınacaqlı, hətta dağıdıcı bir perspektiv gözləyir”, – o bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşotu oğurlamağa cəhd iddiası ilə müharibədə ölən əsgərin anası Qayane Akopyan həbs edilib.
Bundan öncə isə Ermənistan parlamentinin sədri Alen Simonyan onu satqın adlandıran vətəndaşı cangüdənlərinə qolundan tutduraraq, gözünə tüpürmüşdü.