Ermənistandan keçən marşrut İranın Qara dəniz hövzəsinə çıxışı üçün böyük imkanlar açan ciddi alternativdir.
AzerTimes xəbər verir ki, bunu İranın İrəvandakı səfiri Mehdi Sübhani deyib.
“Ermənistan və Gürcüstan ərazisindən Qara dəniz hövzəsinə gedən yol indiki marşrutdan (Azərbaycandan keçməklə) iki gün qısadır”, – o bildirib.
Sübhani Ermənistanın Şimal-Cənub magistral layihəsinin cənub hissəsində tikintinin vacibliyindən də danışıb.