Ermənistandan təzminat tələb edəcəyik – QHT sədri

Ermənistandan təzminat tələb edəcəyik – QHT sədri

Ölkəmizdə sülhməramlıların müvəqqəti məskunlaşdıqları ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması ilə əlaqədar QHT-lər, könüllülər Laçın-Xankəndi yolunda aksiyaları əzmlə davam etdirirlər. Əsas tələblərimiz isə faydalı qazıntı yataqlarında müvafiq dövlət qurumlarının monitorinq aparmasıdır.

AzerTimes xəbər verir ki, bunu “Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva Azərtac-a açıqlamasında söyləyib.

QHT sədri qeyd edib ki, faydalı qazıntı yataqlarında monitorinq aparıldıqdan sonra dəyən ziyan hesablanaraq beynəlxalq məhkəmələrə göndəriləcək. Ermənistan ölkəmizdə qanunsuz istismar, ərazilərimizdə ekoloji terror törədib. Sübutlar toplandıqdan sonda ölkəmizə dəymiş ziyana görə Ermənistandan təzminat tələb edəcəyik.

Teqlər: