Ermənistanı Rusiya ilə birləşdirən yeganə – Yuxarı Lars yolu yenidən yük maşınları üçün bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikasının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar növbəti xəbərdarlığa qədər Vladiqafqaz-Lars yolunda yük avtomobillərin hərəkəti qadağan edilib”, – məlumatda qeyd olunub.