Ermənistanı Rusiya ilə birləşdirən yeganə – Yuxarı Lars yolu yenidən yük maşınları üçün bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
“Bu hava şəraiti ilə bağlıdır. Ərazidə qar yağır və ağır yük maşınlarının Qudauri-Kobi hissəsinə buraxılmaması barədə qərar qəbul edilib”, – məlumatda qeyd olunub.