Ermənistandan risk hər gün artır, milyonlarla insan…

Ermənistandan risk hər gün artır, milyonlarla insan…

Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri, elm xadimləri Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrlərinə – Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə açıq məktub ünvanlayıblar. Müraciətdə Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükə diqqətə çatdırılır.

AzerTimes xəbər verir ki, bu sözləri AzerTimes-a müsahibəsində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.

O bildirib ki, Metsamor AES istismar müddətini çoxdan başa vurub. Ermənistan hakimiyyətinin Metsamor AES-lə bağlı yalan hesabatları, onun fəaliyyətini uzatmaq cəhdləri Çernobıl və Fukusima kimi keçmiş nüvə fəlakətlərini xatırladan ciddi narahatlıqlar yaradır. Risk hər gün artır, milyonlarla insanın təhlükəsizliyini və rifahını təhlükə altına alır.

“Azərbaycan vətəndaş cəmiyyəti hesab edir ki, MAQATE və digər müvafiq beynəlxalq təşkilatlar bu aktual problemlərin həlli üçün regionun ən çox zərər çəkmiş ölkəsi olan Azərbaycanla sıx əməkdaşlıq etməlidir. Ermənistana Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün beynəlxalq ixtisaslaşmış təşkilatlardan təzyiqlər göstərilməlidir. Beynəlxalq təşkilatlar, ətraf mühitin qorunması ilə məşğul olan təşkilatlar bütün regionu əhatə edəcək nüvə qəzası təhlükəsini önləmək üçün yubanmadan konkret və praktiki addımlar atmalıdır. Azərbaycan vətəndaş cəmiyyəti Ermənistanın məsuliyyətsiz davranışını vurğulamaqla, problemin gecikmədən həll edilməsinin vacibliyini diqqətə çatdırır. Ermənistan əhalisi də bu xəbərdarlıqlara diqqətlə qulaq asmalı və öz təhlükəsizlikləri barədə düşünməlidirlər”, – deyə o əlavə edib.

Teqlər: