Hazırda Ermənistan-Azərbaycan sərhədində gərginlik yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Aram Torosyan deyib.
Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin dörd hərbçisi ölüb, daha 15-i yaralanıb.