Ermənistandan Qarabağa gələn elektrik xətti zədələndi

Ermənistandan Qarabağa gələn elektrik xətti zədələndi

Yanvarın 9-da Ermənistandan Qarabağa ötürülən yeganə yüksək gərginlikli 110 kV-luq xəttinin 33-cü km-də qəza baş verib.

AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.

Bildirilib ki, Gorus-Xankəndi xətti Laçın ərazisində zədələnib.

Məlumata görə, hazırda vəziyyətin bərpa edilməsi mümkün deyil. Buna görə də elektrik enerjisi müvafiq məhdudiyyətlərlə yerli generasiya stansiyaları vasitəsilə veriləcək.

Qeyd edək ki, Qarabağdakı qanunsuz terrorçu qruplaşma erməni əhalidən enerjiyə mümkün qədər qənaət etməyi tələb edib.

Teqlər: