Ermənistandan müsbət yanaşmanın davamını gözləyirik – Ərdoğan

Xəbər - Humay Ağacanova – Trend:

Əgər Ermənistan xüsusi nümayəndələrlə başladığı prosesi davam
etdirmək əzmindədirsə, Türkiyə üçün sərhədlərin bağlı qalması
söhbət mövzusu deyil.


Trend
-in məlumatına görə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərin
suallarına cavabında bildirib.

O qeyd edib ki, insani münasibətləri gücləndirmək üçün
Ermənistanla aramızda birbaşa uçuşları bərpa etmək qərarına
gəldik.

“Bu ayın əvvəlindən İstanbul və İrəvan arasında reyslər açılıb.
Biz Ermənistandan müsbət yanaşmanın davamını gözləyirik. Altılı
platforma yaradaraq Türkiyə ilə Ermənistan arasındakı bu
problemləri aradan qaldıracağımızı dedik. Biz bu platformanın
açılmasının tərəfdarıyıq. Təbii ki, bütün bunlar boşluqda baş
vermir. Bu mənada Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan
münasibətlərinin normallaşması prosesi bir-birini dəstəkləməklə
inkişaf edə bilər.

Eynilə, bizim regional əməkdaşlıq ideyamız bu ikitərəfli
prosesləri dəstəkləyəcək və qidalandıracaq. Bu tarixi fürsətdən
səmərəli istifadə etmək üçün hər kəs konstruktiv fəaliyyət
göstərməlidir. Bütün bu prosesləri indiyə qədər etdiyimiz kimi
bundan sonra da Azərbaycanla sıx koordinasiyada həyata
keçirəcəyik”, – deyə Ərdoğan qeyd edib.

Teqlər: