Xəbər - Cani Babayeva – Trend:
BMT Qarabağın ərazisinin minalardan təmizlənməsi probleminin həllində yer almalıdır.
Bunu AzerTimes-a rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır:
“Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan tərəfindən yerləşdirilmiş minaların sayı kifayətdir ki, onlarla dinc sakin həlak olsun”.
(Tərcümə: Orxan Nəbiyev)