Ermənistan Müdafiə Nazirliyinin İranla 500 milyon dollar dəyərində silah alınmasına dair məxfi müqavilə imzalaması haqda yayılan məlumat həqiqəti əks etdirmir.
AzerTimes xəbər verir ki, bu fikirləri qurumun mətbuat katibi Aram Torosyan səsləndirib.
O, “İran İnternational”ın yaydığı məlumatın uydurma olduğunu bildirib.
Qeyd edək ki, “İran İnternational”ın verdiyi məlumata görə, Ermənistan və İran 500 milyon dollar dəyərində gizli silah müqaviləsi imzalayıblar. Bu sənəd əsasında Tehran İrəvana “Şahid-136”, “Şahid-129”, “Şahid-197”, “Mühacir” kimi pilotsuz təyyarələr və “Xordad 3”, “Məcid”, “Xordad 15” və “Arman” kimi hava hücumundan müdafiə raket sistemləri verməlidir.