Xəbər verdiyimiz kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub.
Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məlumat verilib.