Ermənistandan bir nəfər də olsun… – Abdullayeva

Ermənistandan bir nəfər də olsun… – Abdullayeva

Bu günədək Ermənistandan bir nəfər də olsun törətdiyi müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməyib.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gəncənin hədəf alınması Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozması halıdır:

“Ermənistan özünün də üzv olduğu Cenevrə konvensiyasının normalarını pozub. Gəncə hadisələri yerli və beynəlxalq mətbuat orqanlarının nümayəndələri tərəfindən yerində çəkilib. Bütün materiallar protokol üzrə toplanmış və Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində vəsatət qaldırılıb. İlk növbədə, insanların hüquqlarının pozulması, ikinci isə nifrət əsasında törədilən cinayətlərdən gedir. Bu məsələ hələ də instansiyalarda baxılmaqdadır. Azərbaycan qanun qarşısında təqsirkarların cavab verməsi üçün əlindən gələni edəcək. Təəssüf ki, bu günə qədər Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə, qanun pozuntusuna görə bir nəfər də olsun qanun qarşısında cavab verməyib. Biz bir daha törətdiyi müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməsi üçün dünya ictimaiyyətinin Ermənistana təzyiqlərin artırılmasını tələb edirik”.

Teqlər: