Yerli vaxtla saat 22:09-da Ermənistan ərazisində zəlzələ qeydə
alınıb.
Trend
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji
Xidmət Mərkəzinə istinadən xəbər verir ki, təbii hadisə
Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.
Zəlzələ 3,8 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 3 kilometr
dərinlikdə yerləşib.