Ermənistandakı vəziyyət vətəndaş müharibəsinə çevrilmək təhlükəsindədir – Sabiq prezident

Ermənistandakı vəziyyət vətəndaş müharibəsinə çevrilmək təhlükəsindədir, ölkəni kədərli günlər gözləyir.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, seçkilər ərəfəsində əsas rəqiblər, baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Koçaryan arasında kəskin ziddiyyət mövcuddur.


“Bu düşmənçiliyin qarşısı alınmasa, baş verəcəkləri təsəvvür etmək belə dəhşətlidir. Hər iki tərəf ölüm-qalım məsələlərini həll edir”

L.Ter-Petrosyan əlavə edib ki, Ermənistan tezliklə prezident idarəetmə formasına keçməlidir.

Teqlər: