Ermənistandakı sorosçular Bakıya qarşı çağırış etdi

Ermənistandakı sorosçular Bakıya qarşı çağırış etdi

Soros Fondunun Ermənistan nümayəndəliyi və digər qurumlar Bakının ermənilərin “hüquqlarını pozması” ilə bağlı BMT-yə müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistanda fəaliyyət göstərən və Qərb fondlarından maliyyələşən Qərb təşkilatları BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması komitəsinə hesabat təqdim edib.

Müraciətə görə, söhbət irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyanın normalarının Azərbaycan tərəfindən çoxsaylı pozuntularına aiddir. QHT nümayəndələri 44 günlük müharibə zamanı Azərbaycan tərəfindən insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması faktları, habelə dövlət səviyyəsində anti-erməni siyasətinin təzahürləri ilə bağlı məlumatlar toplayıblar.

Qeyd edilir ki, hesabatı Açıq Cəmiyyət Ermənistan Fondu (Soros Fondu), “Transparency İnternational” Antikorrupsiya Mərkəzi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi və s. qurumlar hazırlayıb.

BMT-nin müvafiq komitəsinə Azərbaycan hakimiyyətinin, xüsusilə yüksək rütbəli məmurların antierməni ritorikasına son qoymasını təklif ediblər.

Onlar həmçinin irqi ayrı-seçkiliyin və antierməni ritorikasının dayandırılması, habelə Bakının nəzarətində olan ərazilərdə erməni tarix və mədəniyyət obyektlərinin qorunması üçün təcili və təsirli tədbirlərin görülməsinə çağırırlar.

Xatırladaq ki, bu, 30 ilə yaxın işğal dövründə Azərbaycanın bir neçə şəhərini və rayonunu yer üzündən tamamilə silən, bütün tarixi abidələri, məscidləri, qəbiristanlıqların böyük əksəriyyətini dağıdan, saxladığı yeganə məscidə donuz bağlayan, işğal edilmiş ərazilərdən 1 milyon azərbaycanlını qovan, 44 günlük müharibə zamanı isə Azərbaycanın müharibə zonasından yüz km kənardakı mülki şəhərlərinə Ermənistan ərazisindən zərbə endirib, onlarla adi vətəndaşın ölümünə səbəb olan, işğal etdiyi ərazilərə milyonlarla mina basdıran və hazırda da Azərbaycvanın mülki vətəndaşlarının o minalara toxunması ilə həlak olmasına şərait yaradan Ermənistanın həyasızlığını son həddidir.

Teqlər: